"Qarabağ"dan Medina ilə bağlı açıqlama
Ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun "Napoli" – "Qarabağ" oyununda (2:0) Kevin Medina təhlükəli anlar yaşayıb.
Sportliqa.az xəbər verir ki, bununla bağlı Ağdam klubunun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, bu gün aparılan müayinələr nəticəsində Medinanın vəziyyətinin normal olduğu müəyyənləşib. Komanda sabah istirahət edəcək. Medinanın növbəti gündən komanda ilə məşqlərə qoşulması gözlənilir.
Xatırladaq ki, qarşılaşmanın 51-ci dəqiqəsində yaxın məsafədən vurulan zərbə kolumbiyalı müdafiəçinin üzünə tuş gəlib. Zərbədən huşunu itirən Medinaya dərhal ilkin tibbi yardım göstərilib, tezliklə ayağa qaldırmaq mümkün olub. Qurban Qurbanov onu matçın 60-cı dəqiqəsində Sami Mmae ilə əvvəzləyib.