"Qarabağ" - "Ayaks" matçının biletləri satışa çıxarılıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Qarabağ" – "Ayaks" (Niderland) oyununun biletləri satışa çıxıb.
Sportliqa.az xəbər verir ki, biletlərin satışına bu gün, saat 15:00-da start verilib.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.