UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" matçının təyinatları açıqlanıb.
Sportliqa.az xəbər verir ki, oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Rade Obrenoviç olacaq. Ona yan xətt hakiməri Yure Praqrotnik və Qreqa Kordej köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək.
Qarşılaşmada VAR-a Matey Yuq baxacaq. AVAR-da isə Alen Boroşak olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.