Sportliqa.az xəbər verir ki, "Sabah" - 3-cü oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə "Qəbələ" və "Turan Tovuz" komandaları üz-üzə gəlib. Ancaq qarşılaşma qatı duman səbəbindən təxirə salınıb. Hazırda turnir cədvəlində Əyalət təmsilçisi 8 xalla 10-cu, Tovuz klubu isə 24 xalla 4-cüdür.
Günün digər matçında "Sabah" "Neftçi"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Sabah" 28 xalla 2-ci pilləyə yüksəlib, "Neftçi" isə 16 xalla 8-ci pillədə qərarlaşıb.