"Araz-Naxçıvan" "Kəpəz"i, "Sumqayıt" "İmişli"ni qəbul edir
Misli Premyer Liqasında XIV turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.
"Sumqayıt" öz meydanında "İmişli"ni qəbul edəcək. "Kəpəz" isə səfərdə "Araz-Naxçıvan"ın qonağı olacaq.
Misli Premyer Liqası
XIV tur
9 dekabr (çərşənbə axşamı)
“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Liv Bona Dea Arena”, 17:00
“Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30