"Ayaks" "Qarabağ"la oyuna 6 itki ilə çıxacaq
"Ayaks" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.
Sportliqa.az xəbər verir ki, Niderland təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Kennet Teylor, Vut Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqheys Azərbaycan çempionuna qarşı oynamayacaq. Zədəsi olan futbolçular komanda ilə birlikdə Bakıya gətirilməyiblər.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.