"Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl Çempionlar Liqasının tarixinə düşüb.
Sportliqa.az xəbər verir ki, almaniyalı hücumameyilli yarımmüdafiəçi Liqa mərhələsinin VI turunun "Sportinq"lə oyununda (3:1) fərqlənməklə buna nail olub.
Karl turnirin əsas mərhələsinin ardıcıl üç matçında qol vuran ən gənc oyunçu olub. Almaniyaa U-21 millisinin üzvü 17 yaş 290 günlüyündə tarixi uğura imza atıb.
Bundan əvvəlki rekord Kilian MMbappeyə məxsus idi. Fransalı hücumçu 18 yaş 113 günlüyündə ardıcıl üç qarşılaşmada qol sevinci yaşayıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.