"Qarabağ" dünya reytinqində üç pillə geriləyib.
Sportliqa.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
187,5 xalı olan Azərbaycan çempionu 65-ci yerdən 68-ci sıraya düşüb.
"Sabah" 276-cı pillədən 252-ci pilləyə qədər irəliləyib. "Zirə" 70.5 xalla 360-cıdır. “Qartallar” ötən siyahı ilə müqayisədə 27 pillə yüksəlib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az