Dekabrın 14-də Premyer Liqanın 15-ci turunda keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyunun biletləri satışa çıxarılıb.
Sportliqa.az xəbər verir ki, azarkeşlər biletləri iTicket.az-dan, həmçinin oyun günü “Azersun Arena”nın kassasından əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Görüş saat 17:30-da başlanacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az