"Borussiya"nın futbolçusu Emre Can Türkiyənin böyük klublarının transfer siyahısına düşüb.
Sportliqa.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" türk əsilli almaniyalı mərkəz müdafiəçisini transfer etmək istəyir. İstanbul nəhəngləri Dortmund təmsilçisi ilə müqaviləsi yayda başa çatan Emre ilə danışıqlara başlamağı planlaşdırır.
Müdafiəçi özü Türkiyəyə getməyə isti yanaşmır. Təcrübəli oyunçu klub ilə sözləşməsini daha 1 il uzatmağı planlaşdırır.
Qeyd edək ki, Emre Can bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 6 oyunda 1 qol vurub
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az