"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Sportliqa.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Arçi Braun sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu Super Liqanın 16-cı turunun "Konyaspor"la matçında (4:0) sağ ayağından zədələnib. 23 yaşlı sol cinah müdafiəçisinin təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Qeyd edək ki, Arçi Braun bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 25 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az