İsveç çempionatında AİK-ə qalib gələn "Hekken"in futbolçusu Edvard Çilufya açıqlama verib.
Sportliqa.az xəbər verir ki, iki qol vuran 24 yaşlı zambiyalı hücumçu qələbəni şərh edib və Avropa Liqasında "Qarabağ"la matçı gözlədiyini deyib:
"Xüsusi anlarda qollarımı salto ilə qeyd edirəm. Bu, belə hadisələrdən biri idi. Ümumilikdə yaxşı oyun keçirdik, amma AİK də təhlükəli idi. 2:0 hesablı qələbəmizdə komandanın enerjisi həlledici oldu. Hələ özümü 100 faiz formada hiss etmirəm. İnkişaf etmək və daha yaxşı formada olmaq üçün hər gün çalışıram. Gələn həftəni - "Qarabağ"la matçı səbirsizliklə gözləyirəm. Avropa səhnəsi hər bir futbolçunun arzusunda olan əlamətdar hadisədir".
Qeyd edək ki, "Hekken" - "Qarabağ" oyunu oktyabrın 5-i Bakı vaxtı ilə 23:00-da başlayacaq.