"Qarabağ" İsveçin "Myöllbü" klubunun pakistanlı futbolçusu Abdullah İqbalı heyətinə qata bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Propakistani" nəşri informasiya yayıb.
Məlumata əsasən, Ağdam təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna təklif göndərib.
Pakistan millisinin kapitanı yığmada 19 matçda meydana çıxıb. "Transfermarkt" portalı İqbalın dəyərini 2 milyon avro olaraq qiymətləndirir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az