"Qarabağ"ın açıq məşqi, Qurban Qurbanovun brifinqi olacaq
Yanvarın 9-da "Qarabağ"ın media nümayəndələri üçün açıq məşqi olacaq.
Sportliqa.az xəbər verir ki, məşq saat 12:30-da “Azersun Arena”nın təlim-məşq bazasında (ilk 15 dəqiqə) keçiriləcək.
Komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək brifinq isə açıq məşqdən 10 dəqiqə əvvəl baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" qış hazırlığına yanvarın 3-də start verib və ayın 10-dək Bakıda məşqlərini davam etdirəcək. Təlim-məşq toplanışının 2-ci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.