"Kəpəz" qış fasiləsində ilk transferini reallaşdırıb.
Sportliqa.az xəbər verir ki, “sarı-göylər” qış transfer dönəmində Veysəl Rzayevin keçidini rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Gəncə təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Veysəl mövsümün ilk yarısını “Turan-Tovuz”da keçirib. Bu müddət ərzində Premyer Liqada 3 oyuna 1 qol vuran Rzayev, əlkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.