Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Azərbaycan çempionu Özbəkistanın "Neftçi" klubu ilə üz-üzə gələcək.
Fərqanə təmsilçisi ilə matç "Qloria Sports Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ"ın Antalya toplanışı ayın 17-dək davam edəcək. Qurban Qurbanovun rəhbərlik etditi kollektiv yanvarrın 16-da Polşanın "Zaqlembe" klubu ilə qarşılaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az