Qurban Qurbanov: “Öz “Neftçi”mizlə oyunlarımız daha maraqlı olur”
Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirən “Qarabağ” ilk yoxlama matçında Özbəkistanın “Neftçi” komandasına qalib gəlib – 5:0.
Sportliqa.az xəbər verir ki, matçdan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
– İlk oyunumuz idi. Hazırlıq pis getmir. İstərdik, vaxtımız, gündəmimiz bir az çox olsun. Yanvarın 16-da digər matçımız olacaq. Daha bir oyun istərdik, amma vaxt yoxdur. Hazırlıq pis getmir. Uşaqlar bir az özünə gəlib. Oyunun sonlarında yorulmuşdular. Əvvəlki futbol sevgisinə qayıdıblar. Kaşuk və Toral bir neçə gün hazırlıqdan kənar qalıb. Amma ümumi hazırlığımız proqram üzrə gedir.
– Rəqib gözləntilərinizi necə doğrultdu?
– Normal. Bir az dəyişiklik etmişdilər. Əvvəl beşli müdafiə oynayırdılar, bu, bizə daha uyğun olardı. Amma sonradan bildik ki, fərqli sistemə keçiblər.
– Bizim “Neftçi” ilə özbəklərin “Neftçi”si arasında hansı fərqlər var?
– Bizim “Neftçi” öz “Neftçi”mizdir. Azərbaycanın, Bakınındır. Özbəkistanı “Neftçi”si də bizim qardaşlarımızdır. Onlara da uğurlar arzu edirəm. Öz “Neftçi”mizlə oyunlarımız daha ajiotajlı, maraqlı olur.
– Türkiyədə belə qayda olub ki, türkdilli ölkələrdən bir oyunçu yerli çempionatda legioner sayılmır. Bizdə də bu qayda tətbiq edilə bilər?
– Ola bilər, bəzən müzakirələr aparılır. Gedişata baxılacaq. Niyə də yox? Bəlkə, bu ölkələrin bir-birinə dostluğu daha yaxşılaşar, sevgisi çoxalar. Futbola inam genişlənər.
– Sürpriz transfer ola bilərmi?
– Ola bilər. Hazırda qarşımdakı vacib həyata keçirməli işlərdən biri transfer məsələsidir. Danışıqlar, axtarışlar gedir. Hardasa uğurlu olanlar da var. Görək qarşıdakı günlərdə nə olacaq.
– Yaxından tanıdığınız Qara Qarayev 33 yaşında karyerasını bitirdi və U-21-də analitik
– Ancaq faydalı ola bilər. Düzdür, bir neçə il də oynaya bilərdi. Lakin futbolçuluğu tez bitirib, məşqçiliyə tez başladı. Bu, onun üçün gələcəkdə faydalı ola bilər.