"Karvan-Yavlax" məşqçilərlə yollarını ayırdı
"Karvan-Yevlax" klubunun məşqçilər korpusunda ayrılıq yaşanıb.
Sportliqa.az xəbər verir ki, köməkçi məşqçi Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədovla bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub hər iki məşqçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzu edib.
Qeyd edək ki, hər iki mütəxəssisi bundan əvvəlki baş məşqçi Azər Həşimov komandaya dəvət etmişdi.