"Qarabağ" üçün Türkiyədə daha bir rəqib
Antalyada təlim-məşqt toplanışında olan "Qarabağ"ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib bəlli olub.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qurban Qurbanovun komandası yanvarın 16-da Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Ağdam klubu həmin gün Polşanın "Zaqlebye" klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.