"Qarabağ" Xorvatiya klubuna qalib gəldi
Antalyada təlim-məşqt toplanışında olan "Qarabağ" klubu bu gün yoxlama oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
Bakı vaxtı ilə saat 12:00-da başlayan oyunda "Qarabağ"ın qollarını Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov vurub.
"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Ağdam təmsilçisi bu gün Polşanın "Zaqlebye" klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.