"Zirə" Ukrayna klubuna məğlub oldu
"Zirə" klubu Antalya toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Sportliqa.az xəbər verir ki, Rəşad Sadıqovun komandası əvvəlcə Ukraynanın "Oleksandriya" klubu ilə üz-üzə gəlib.
Oyun "Zirə"nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. "Zirə"nin qollarını Yeqor Boqomolski (29) və Ceyhun Nuriyev (54) vurub.
"Oleksandriya" Ukrayna Premyer Liqasında 16 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.
"Zirə" günün 2-ci və Antalya toplanışı çərçivəsində sonuncu matçında isə Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. "Bohemians 1905" Çexiya çempionatında 19 turdan sonra 19 xalla 12-ci pillədədir.
Qeyd edək ki, "Zirə" ilk sınaq matçında Rumıniyanın “Çiksereda” klubu ilə 3:3 hesablı heç-heçə edib.