Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 17-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gəlib. Tovuz stadionunun qazonu hazır vəziyyətdə olmadığı üçün Sumqayıtda keçirilən bu görüşdə nominal meydan sahibi “Turan Tovuz” olub.
Matç "Turan Tovuz"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Tovuz təmsilçisi xal sayını 30-a çatdıraraq 3-cü pilləyə yüksəlib. İlk dövrənin matçında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.
Turun son matçında isə lider “Sabah” “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə paytaxt klubu xal sayını 40-a çatdıraraq liderliyini möhkəmləndirib. Yevlax təmsilçisi isə 6 xalla sonuncu pillədə qərarlaşıb. Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə “Sabah” rəqibini 2 cavabsız qolla üstələyib.
Qollar: Hayderson Hurtado, 13, (1:0), Hayderson Hurtado, 61-avtoqol (1:1), Rəhim Sadıxov, 69 (2:1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu