AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XVII turunun oyunlarındakı qayda pozuntularına hüquqi qiymət verilib:
“Araz-Naxçıvan”la oyunda 6 nəfər sarı vərəqə aldığı üçün “İmişli” 700 manat cərimə edilib. Həmin matçda 4 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” da 700 manat cərimələnib.
“Neftçi” – “Zirə” görüşündə oyun günü planı pozulduğuna görə ev sahibi 2000 manat cərimə ödəməli olacaq.
“Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Ağdam təmsilçisi 2500 manat ziyana düşüb.
“Karvan-Yevlax”la qarşılaşmada 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az