“Karvan-Yevlax” “Sumqayıt”a, “Qəbələ” “İmişli”yə qarşı
Bu gün Misli Premyer Liqasında 18-ci tura start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Əvvəlcə “Karvan-Yevlax” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq. Günün digər oyunu “Qəbələ” ilə “İmişli” arasında keçiriləcək.
“Kəpəz” – “Şamaxı” və “Zirə” – “Sabah” oyunları sabah, “Araz – Naxçıvan” – “Neftçi” və “Qarabağ” – “Turan Tovuz” görüşləri fevralın 1-də keçiriləcək.
Misli Premyer Liqası
18-ci tur
30 yanvar
“Karvan-Yevlax” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
Yevlax şəhər stadionu, 14:30.
“Qəbələ” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev.
Qəbələ şəhər stadionu, 17:00.