"Qarabağ" - "Turan Tovuz" matçının biletləri satışda
Misli Premyer Liqasının XVIII turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Turan Tovuz" ilə oyununun biletləri bu gün saat 17:00-dan etibarən satışa çıxarılıb.
Sportliqa.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 17:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.