FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Sportliqa.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 5-də keçiriləcək “Klaksvik” (Farer adaları) – “Lill” (Fransa) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimləri türkiyəli Mete Kalkavan və Erkan Engin olacaq.
Qeyd edək ki, görüş saat 20:45-də başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.