"Real" "Barselona"nı geridə qoydu
Madrid "Real"ı İspaniya çempionatında növbəti rekorda imza atıb.
Pressing.az xəbər verir ki, Madrid təmsilçisi La Liqanın 24-cü turunda doğma meydanda "Real Sociedad" üzərində 4:1 hesablı qələbə qazanıb. Oyunda iki qol penalti zərbəsindən vurulub. Hər iki 11 metrlik zərbəni Vinisius Junior dəqiq yerinə yetirib.
Bu nəticə ilə “kral klubu” La Liga tarixində yeni göstəriciyə imza atıb. Belə ki, madridlilər cari mövsümün ilk 24 turunda 13 penalti qazanıb. Bu, çempionat tarixində ilk belə haldır.
Buna qədər rekord "Barselona" klubuna məxsus idi. Kataloniya təmsilçisi 1950/51 və 2015/16 mövsümlərində ilk 24 turda 12 penalti qazanmışdı.
Hazırda “Real” 24 turdan sonra 60 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.