Azərbaycan yığması Andorraya qalib gəldi
Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün dünya çempionatı-2027-nin seçmə mərhələsində 3-cü oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb. Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunan matç yığmamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qrupun digər görüşündə Macarıstan Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma Macrıstan yığmasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
14 aprel
21:00. Andorra - Azərbaycan - 1:3
Qollar: Tere Morato // Sevinc Cəfərzadə, 15, 50-pen; Esra Manya, 90+5
Milli stadion
18:00. Şimali Makedoniya - Macarıstan - 0:5
Qollar: E.Papai, 3, D.Çanyi, 9, 20, Ç.Savanya, 45, A.Y.Çiki, 88