Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, son oyun günündə iki görüş keçirləcək.
Əvvəlcə "Kəpəz" "İmişli"ni qəbul edəcək. Bu komandaların ilk dövrədəki oyununda "İmişli" 3:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə qolsuz heç-heçə qeydə alınıb.
Turun son oyununda isə "Qəbələ" "Sumqayıt"ın qonağı olacaq. Mövsüm ərzindəki oyunlarda "Sumqayıt"ın üstünlüyü var. Belə ki, ilk dövrədə Saşa İliçin komandası "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçı isə qolsuz heç-heçə ilə başa çatıb.
19 aprel (bazar)
Misli Premyer Liqası, 28-ci tur
15:30. “Kəpəz” - “İmişli”
18:00. “Sumqayıt” - “Qəbələ”
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az