Azərbaycanın stolüstü tennisçiləri Özbəkistanda keçirilən beynəlxalq turnirdə iştirak edirlər.
Sportliqa.az xəbər verir ki, komandamız bu ölkənin məşhur stolüstü tennisçisi Rafik Şiriyevin xatirəsinə həsr olunan yarışa qatılıb.
Turnirdə 10 idmançımız mübarizə aparacaq.
Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim 3 yaş qrupunda keçirilən yarışda gücünü sınayacaq.
Beynəlxalq turnirə mayın 21-də yekun vurulacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az