Yüksək Qızlar Liqasına qatılmaq istəyən klubların nəzərinə!
Yüksək Qızlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etmək istəyən yeni klubların müraciətləri 20-29 may 2026-cı il tarixləri arasında qəbul olunacaq.
Sportliqa.az xəbər verir ki, klublar rəsmi müraciətlərini AFFA-nın Qadın Futbolu Departamentinin [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş yeni komandalar üçün 1-22 iyun tarixlərini əhatə edən xüsusi lisenziyalaşdırma dövrü tətbiq olunacaq.
Bu prosesi uğurla tamamlayan klublar yarışda iştirak hüququ qazanacaqlar.