Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gecə növbəti matçına çıxacaq.
Sportliqa.az xəbər verir ki, Elşad Quliyevin komandası 1/8 finalda Qazaxıstanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz F qrupunda bütün matçlarda qalib gələrək 9 xalla lider olub. Komanda Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az