Bakıda keçirilən “ITF Juniors J30 Baku” beynəlxalq tennis turnirinin qalibləri bəlli olub.
Sportliqa.az xəbər verir ki, yarışda oğlanlar və qızlar arasında fərdi və qoşa kateqoriyalar üzrə mükafatçılar müəyyənləşib.
Oğlanların fərdi mübarizəsində Filip Smirnov 1-ci, Yakov Mazin isə 2-ci yeri tutub. Qızların fərdi yarışında Vladislava Slelina 1-ci, Yevgeniya Sklyar isə 2-ci olub.
Oğlanların qoşa yarışında Filip Smirnov və Yakov Mazin tandemi 1-ci pilləyə yüksəlib, Runmaan Maneş və Yonatan Şaqas ikilisi isə 2-ci yeri tutub.
Qız cütlüklərin mübarizəsində Polina Korelova və Vasilisa Marçenko 1-ci olub, Yeva-Vlada Anitsina-Ciqurda və Safiya Urazalina dueti isə turniri 2-ci sırada başa vurub.
Turnir Bakı Tennis Akademiyasında təşkil olunub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az