Bu gün minifutbol üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.
"Tipos Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. Komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), yarımfinalda Serbiyanı (1:1, penaltilər - 3:1) üstələyib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az