Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi bu gün azarkeşlərlə bir araya gələcək.
Bu barədə Sportliqa.az-a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.
Komanda üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaq. Sonra onlar üçün ayrılmış xüsusi avtobusla şəhər turuna çıxaraq çempionluq sevincini azarkeşlərlə bölüşəcəklər.
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az