Azərbaycan kamandan oxatanları İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq Dünya Kubokunun 4-cü mərhələsində qüvvələrini sınayacaqlar.
Sportliqa.az xəbər verir ki, turnirdə ölkəni Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova təmsil edəcəklər.
İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaqlar.
Yarış iyulun 7-12-si aralığında baş tutacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az