Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Rumıniyanın “Universitatya Krayova” klubu ilə qraşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, növbəti yoxlama matçları çərçivəsində “Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az