"Qarabağ" Renaldonu transfer etdi
– RƏSMİ
“Qarabağ” bu yay növbəti - 6-cı futbolçu keçidini gerçəkləşdirib.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın “Pari Nijni Novqorod” klubundan yamaykalı Renaldo Sefası transfer edib.
Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər klubun formasını geyinəcək.
Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”də çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib. 2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.