Leandro Andrade “Qarabağ” klubunun sıralarını tərk edib.
Sportliqa.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Leandro Andradenin transferi ilə bağlı Ukraynanın “Polesye” klubunun təklifi və yarımmüdafiəçinin istəyi müsbət cavablandırılıb.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinirdi.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az