Yeni mövsümün hazırlıq məqsədli toplanışını Avstriyada keçirən "Sabah" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.
Sportliqa.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək.
Tirol bölgəsində baş tutacaq sınaq oyununun start fiti Bakı vaxtı ilə saat 18:30-da səslənəcək.
Xatırladaq ki, paytaxt təmsilçisi Avstriyadakı ilk yoldaşlıq görüşündə Rumıniyanın "Universitatya Krayova" klubu ilə heç-heçə (1:1) edib. "Bayquşlar" toplanış çərçivəsindəki son oyununu iyulun 2-də Ukraynanın "Polissya" komandasına qarşı keçirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az