Braziliya Yaponiyaya qalib gəldi, mərhələ adladı
DÇ-2026-da 1/16 final oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, bu gün beşqat dünya çempionu Braziliya millisi meydana çıxıb. Bakı vaxtı ilə saat 21:00-da başlayan görüşdə "sambaçılar" Yaponiya ilə üz-üzə gəlib. Matç Braziliyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər görüşdə isə dördqat dünya çempionu olan Almaniya yığması Paraqvayla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.
DÇ-2026
1/16 final
29 iyun
21:00. Braziliya – Yaponiya - 2:1
Qol: Kayşu Sano, 29 (0:1), Kazemiro, 56 (1:1), Qabriel Martinelli, 90+6 (2:1)