Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli "Fatih Karagümrük"lə üz-üzə gələcək.
Ötən mövsümün sonunda Superliqanı tərk edən Türkiyə klubu ilə görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahor”una 1:3, ikinci matçında Türkiyə təmsilçisi "Igdır"a 3:4 hesabı ilə uduzub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az