Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti uğura imza atıb.
Bu abrədə Sportliqa.az-a Azərbaycan Atıcılıq Federasiyasından (AAF) bildirilib.
Qeyd olunub ki, atıcı 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda yüksək nəticə göstərərək qızıl medal qazanıb.
Ruslan Lunev təsnifat mərhələsində 583 xal toplayaraq bütün rəqiblərini geridə qoyub, birinci yeri tutub və Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az