Elxan Məmmədov: “2026-cı il FIFA Dünya Kuboku bütün dünya üçün əlamətdar təcrübə oldu“
FIFA-nın Üzv Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov 2026-cı il FIFA Dünya Kuboku ilə bağlı fikirlərini bölüşüb.
Sportliqa.az xəbər verir ki, o bildirib ki, Kanada, Meksika və ABŞ-nin birgə ev sahibliyi etdiyi mundial futbol tarixində unudulmaz turnirlərdən biri kimi yadda qaldı. Məmmədovun sözlərinə görə, dünya səviyyəli stadionlar, möhtəşəm atmosfer, yüksək səviyyəli oyunlar və milyonlarla azarkeşin yaratdığı ab-hava futbolun insanları birləşdirən gücünü bir daha nümayiş etdirdi.
Elxan Məmmədov qeyd edib ki, turnir təkcə meydandakı mübarizə ilə deyil, həm də FIFA-nın rəhbərliyi altında həyata keçirilən uğurlu planlaşdırma və beynəlxalq əməkdaşlıq sayəsində qlobal idman tədbirləri üçün yeni standartlar müəyyənləşdirdi. O vurğulayıb ki, bu mundial gələcək nəsillər üçün davamlı miras qoyan ən böyük və ən iddialı FIFA Dünya Kuboku kimi tarixə düşdü.
Məmmədov final qarşılaşmasına da toxunaraq, İspaniya və Argentina arasında keçirilən həlledici oyunun futbol bayramına layiq final olduğunu bildirib. O, İspaniya millisini dünya çempionu olması münasibətilə təbrik edib.
Sonda Elxan Məmmədov Kanada, Meksika və ABŞ-yə uğurlu ev sahibliyinə görə təşəkkür edərək, 2026-cı il FIFA Dünya Kubokunun təkcə futbolu deyil, bütün dünya üçün yaratdığı əlamətdar təcrübə ilə yadda qalacağını vurğulayıb.