Peşəkar Futbol Liqası “Qarabağ”dan ayrılan Abdullah Zubirlə bağlı xüsusi paylaşım edib.
Sportliqa.az xəbər verir ki, PFL 8 ildən sonra Ağdam klubu ilə vidalaşan futbolçunun Azərbaycan karyerasındakı göstəricilərini təqdim edib.
Məlumata görə, Zubir “Qarabağ”ın heyətində 368 oyuna çıxıb və 78 qol vurub. O, klub tarixində ən çox matç keçirən futbolçular arasında 7-ci, ən çox qol vuranlar sırasında isə 2-ci yerdədir.
Zubirin “Qarabağ”da ilk qolu 23 sentyabr 2018-ci ildə “Qəbələ” ilə matçda qeydə alınıb.
PFL həmçinin Zubirin Azərbaycan klublarının heyətində avrokuboklarda vurulan qollar üzrə 18 qolla rekordçu olduğunu vurğulayıb.
Paylaşımda futbolçuya belə təşəkkür edilib: “Futbolumuza rəng qatdığın üçün təşəkkürlər!”.
Sosial şəbəkələrdə paylaş: