Misli Premyer Liqasında 2-ci tur start götürür
Bu gün Misli Premyer Liqasında 2-ci tura start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə “Qəbələ” öz meydanında “Şəfa”nı qəbul edəcək. Hər iki komanda ilk turda uduzub. “Qəbələ” “Turan Tovuz”a (0:1), “Şəfa” isə “Zirə”yə (0:2) məğlub olub.
Digər qarşılaşmada isə “Zirə” doğma divarlar arasında “İmişli”ni sınağa çəkəcək.
Misli Premyer Liqası, II tur
22 avqust (şənbə)
18:30. “Qəbələ” - “Şəfa”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu
20:45. “Zirə” - “İmişli”
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Zirə İdman Kompleksinin stadionu