"Sumqayıt"dan ayrılan futbolçu Sloveniya klubunda
24 Avqust 2026 17:48
"Sumqayıt”ın sabiq futbolçusu Nsana Simonun yeni klubu müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Sloveniyada davam etdirəcək.
O, “Koper”ə keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Nsana ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nsana ötən ilin noyabr ayından bu yayadək "Sumqayıt"da oynayıb.