“Zirə“nin prezidenti Orxan Məmmədovdan “Qarabağ“a dəstək: “Başınızı dik tutun!“
“Zirə”nin prezidenti Orxan Məmmədov “Qarabağ”ın avrokuboklarla vidalaşmasından sonra Ağdam təmsilçisinə dəstək olub.
Sportliqa.az xəbər verir ki, o, sosial şəbəkə hesabında 12 mövsüm ardıcıl Avropada Azərbaycanı təmsil edən “Qarabağ”ın bu gün seriyasının başa çatdığını, lakin klubun yazdığı tarixin silinmədiyini vurğulayıb.
Məmmədov “Qələbədə alqışlamaq asandır. Əsl dəstək çətin gündə olur. Başınızı dik tutun! Siz bu ölkəyə çox qürur yaşatmısınız. Əminik ki, yenə yaşadacaqsınız. Daha güclü qayıdın!” – deyə qeyd edib.