"Şəfa" "İmişli"yə məğlub oldu, Qəbələdə bərabərlik
- YENİLƏNİB
Bu gün Misli Premyer Liqasında 3-tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyun günü üçün 2 matç keçirilib.
Əvvəlcə “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edib. Qarşılaşmada qol vurulmayıb
Digər görüşdə “Şəfa” “İmişli”ni sınağa çəkib. Meydan sahibləri matçdan məğlub ayrılıb.
Misli Premyer Liqası
III tur
29 avqust (şənbə)
18:00. “Qəbələ” - “Şamaxı” 0:0
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev
VAR: Elvin Bayramov
AVAR: Rahil Ramazanov
Qəbələ şəhər stadionu
20:15. “Şəfa” - “İmişli” 0:1
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Kərim Zeynalov
“SOCAR Polymer Arena”