Braziliyalı futbolçu "Qarabağ"da
“Qarabağ” Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.
Sportliqa.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.
2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia”, “İnter” (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin, Braziliyanın U-16 və U-17 millilərində forma geyinib.